Qənirə Paşayeva türk dünyasını Almaniya parlamentinə etiraza səslədi

Qənirə Paşayeva türk dünyasını Almaniya parlamentinə etiraza səslədi

Millət vəkili Q.Paşayeva Türkiyədə universitetdə konfrans verdi və türkləri qondarma erməni soyqırımını müzakirəyə çıxarmağa hazırlaşan Almaniya Parlamentinə etiraza səslədi.

İstanbulda Özyeğin Universitetində Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva ilk öncə ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirik deyib. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq deyən millət vəkili Q.Paşayeva Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər barədə geniş məlumatılar verib. Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər. Millət vəkili Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb və əsl həqiqətləri geniş yaymalı, Azərbaycan və Türkiyə əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q. Paşayeva bütün Türk dünyasını qondarma erməni soyqırımı yalanları ilə mübarizədə də daha fəal olmağa çağırıb. Almaniya Bundestaqında qondarma erməni soyqırımı idddialarının müzakirəyə çıxarılacağı və qərar çıxarılacağı ilə bağlı xəbərlər hamımızı ciddi narahat etməlidir."Bu iddiaların müzakirərə çıxarılması və ya bununla bağlı hər hansı bir sənədin qəbulu dünyanın hər yerində yaşayan Türk insanı üçün böyük zərbədir. Biz dədələrimizə qarşı bu cür böhtanların atılmasına icazə verməməliyik. Türk milləti heç bir zaman tarixində bir soyqırım törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq. Ermənilər həm 20-ci əsrin əvvələrində həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib. Amma təssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər. Ona görə də biz dünyanın hər yerində daha da fəal olaraq yalanların qəbul edilməməsi, həqiqətlərin daha geniş yayılması üçün mübarizə aparmalıyıq. Bizim Almaniyada yaşayan yüzminlərlə insanımız bu məsələdə fəallıq göstərərək bu müzakirələrin aparılmaması və hər hansı bir sənədin qəbul edilməməsi üçün Almaniya Parlamentinə müraciətlər göndərməli, fəal çalışmalıdırlar. Eyni zamanda dünyanın hər yerində yaşayan gənclərimiz bununla bağlı öz etirazlarını sosial media üzrəindən və digər vasitələlərlə Almaniya millət vəkillərinə çatdırmalıdırlar. Biz hamımız birlikdə bu hallara qarşı mübarizəmizi daha da gücləndirməliyik". Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Konfransın sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

Xəbər 1014 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR