Qənirə Paşayeva tələbələrlə görüşdü FOTO

Qənirə Paşayeva tələbələrlə görüşdü  FOTO

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonundan bu il ali məktəbə daxil olmuş tələbələrlə görüşüb.

Aktual.az  xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov açılış çıxışında tələbə adını qazanmış bütün gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Rayonda təhsil sahəsində görülən işlərdən danışan rayon icra hakimiyyətinin başçısı bu istiqamətdə işlərin daha da sürətlənəcəyini deyib. 

500-dən çox bal toplayaraq tələbə adına qazanan tələbələrin iştirak etdiyi görüşdə hər kəsi tələbə adını qazanması münasibətilə təbrik edən və Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirdi.

Bu il orta məktəbi bitirərək ali məktəbə sənəd verən gənclərdən 92 nəfəri 500-dən, 37 nəfəri isə 600-dən yuxarı bal toplamaqla ümumilikdə 424 nəfərinin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb. 

“Məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, əksinə daha çoxdur. Üstəlik yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir”.

Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı.

Xəbər 753 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR