Qənirə Paşayeva Litva prezidenti ilə görüşüb

Qənirə Paşayeva Litva prezidenti  ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Litva prezidenti Dalya Qribauskayte ilə görüşüb.

Millət vəkili Q.Paşayeva Litva prezidenti və Dünya Lider Qadınlar Şurasının sədri Dalya Qribauskayte ilə görüş zamanı Litva prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyevin yüksək səviyyəli əməkdaşlığı və səyləri nəticəsində bütün sahələrdə daha da inkişaf edən əlaqələrimizin parlamentlərarası əməkdaşlığın inkişafına da öz müsbət töhfəsini verməsindən məmnunluğunu bildirib. Hər iki dost ölkə arasında bütün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu deyən millət vəkili Q.Paşayeva Litva prezidenti Dalya Qribauskayte ilə görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu,öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən danışıb. Litva prezidenti və Dünya Lider Qadınlar Şurasının sədri Dalya Qribauskayte Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənəcəyini deyib. Millət vəkili Q.Paşayeva Litva prezidenti Dalya Qribauskayteye Qarabağ həqiqətləri ilə bağlı materialları təqdim edib və tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan mədəniyyətini özündə əks etdirən əsərini hədiyyə edib.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR