Qələbəsini şəhid qardaşına həsr etdi (FOTOLAR)

Qələbəsini şəhid qardaşına həsr etdi (FOTOLAR)
  • İDMAN

Litvanın Kaunas şəhərində "Kyokushin Karate” üzrə Avropa Kuboku uğrunda turnir keçirilib. 

Aktual.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Turnirində beynəlxalq yarışların qalibi və iştirakçısı Səbail Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis sıravisi Solmaz Zeynallı 60 kiloqram çəki dərəcəsində Polşa və Litva idmançılarına asanlıqla qalib gəlib. 
O, finala gedən yolda işveçrəli idmançı ilə qarşılaşıb. Uduzacağını təxmin edən rəqibin Solmazın boğaz nahiyəsinə dirsəyi ilə qadağa olunmuş zərbə endirməsi hakimlərin diqqətindən yayınmayıb və o, turnirdən diskvalifikasiya olunub. 

Əsas döyüşünə hazırlaşsa da, hakimlərin qərarı ilə aldığı zərbəyə görə finala buraxılmayan idmançımız gümüş medalın sahibi olub.

Qeyd edək ki, S.Zeynallı bu qələbəsini Vətən müharibəsinin şəhidi, "İgidliyə görə”, "Vətən uğrunda” və "Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilmiş qardaşı Tural Zeynalova həsr edib.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR