Rusiya "Qazprombank”ı 2023-cü ildə "Brent” markalı neftin bir barelinin orta qiymətini 93 ABŞ dolları səviyyəsində nəzərə alaraq, Azərbaycanda iqtisadi artımı ötənilki 4,6 %-ə qarşı 3 % olacağını proqnozlaşdırır.
Aktual.az xəbər verir ki, bunu "Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda keçirilən görüşlərin yekunlarına dair hesabatında deyib.
Onun sözlərinə görə, 2024-cü ildə "Brent” markalı neftin qiymətinin bir barel üçün 80 ABŞ dollaradək ehtimal olunan korreksiyası nəzərə alaraq, lakin qeyri-neft-qaz sektorunun gələcək inkişafının dəstəyi ilə Azərbaycanda ÜDM-in artımı 3,5 %-ə qədər sürətlənəcək. "Beləliklə, ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının karbohidrogen qiymətlərinin dəyişməsinə getdikcə daha az həssas olacağını gözləyirik”, - G. Xaydarşina bildirib.
O hesab edir ki, qeyri-neft-qaz sektoru 2023-2024-cü illərdə iqtisadi artımın əsas drayverinə çevriləcək. "Qazprombank”ın hesablamalarına görə, Azərbaycanın ÜDM-ində qeyri-neft-qaz sektorunun payı bu il 66 %-ə, 2024-cü ildə isə 68 %-ə çatacaq. Bu tendensiya davam edərsə, ortamüddətli perspektivdə karbohidrogen komponentinin Azərbaycan iqtisadiyyatında payı 30 %-dən aşağı düşə bilər.
"Azərbaycan Mərkəzi Bankı (AMB) neftin və təbii qazın qiymətinin düşməsi hesabına qeyri-neft-qaz sektorunda iqtisadi artımın təxminən 4 %, ümumi ÜDM artımının isə təxminən 2 % olacağını gözləyirdi.
İqtisadi artım büdcə xərclərində dövlət sektorunda pensiyaların və əməkhaqlarının artımı üçünnəzərdə tutulmuş təqribən 750 milyon manat fonunda daxili istehlakın genişlənməsi hesabına dəstəklənəcək. Buna baxmayaraq, daxili tələbatın artması yenidən maliyyələşdirmə dərəcəsini yüksəldən amillərdən biridir. AMB iqtisadi artım proqnozuna yenidən baxmağı planlaşdırır və bu, Azərbaycanın Baş nazirinin sədrliyi ilə İqtisadi Şuranın aprelin ortalarında keçirilən iclasında elan edilmiş 2023-cü il üçün dövlət büdcəsi parametrlərinə yenidən baxılması ilə əlaqəlidir. Artan daxili tələbi nəzərə alaraq, iqtisadi artım proqnozuna artıma doğru yenidən baxılacağını istisna etmirik”, - G.Xaydarşina bildirib.
Qeyd edək ki, Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2,7 %, 2024-cü ildə 4,1 %, 2025-ci ildə 3,7 % (2023-2025-ci illər üçün orta illik artım tempi 3,5 %) səviyyəsində proqnozlaşdırır.
Bizim Telegram kanalımıza abunə olun
Xəbər 390 dəfə oxunub.