Qazaxıstandan neft hasilatı ilə bağlı QƏRAR

Qazaxıstandan neft hasilatı ilə bağlı   QƏRAR
  • DÜNYA

Qazaxıstanın qarşısında neft hasilatını azaltmaq məsələsi durmur.

Aktual.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev verib.

Nazir jurnalistlərə açıqlamasında Qazaxıstanı İstanbulda keçirilən OPEK ölkələrinin qeyri-formal görüşündə bu ölkədəki səfirinin təmsil edəcəyini bildirib:

“Qazaxıstanın gündəliyində bu gün hasilatı azatmaq məsələsi yoxdur”.

Xatırladaq ki, Qazaxıstan 2016-cı il üçün neftin orta illik qiymət proqnozunu 30 dollardan 35 dollar/barelə qaldırıb. Həmçinin, bu ölkənin milli iqtisadiyyat naziri Kuandık Bişimbayev bu il Qazaxıstanın neft hasilatı proqnozunu 74 mln. tondan 2,02% artımla 75,5 mln. tona yüksəltdiyini bdirib. Buna səbəb kimi o, “Kaşaqan” neft yatağının tezliklə işə salınacağını göstərib.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR