Qazaxıstanda matəm elan edilib

Qazaxıstanda matəm elan edilib
  • DÜNYA

Almatıda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqali bildirib.
Ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. 
Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin nümayəndəsi Nursultan Nuraxmetov deyib ki, qəza nəticəsində 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. 
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR