Qaz çatışmazlığı: İranda yenə idarələr bağlandı

Qaz çatışmazlığı: İranda yenə idarələr bağlandı
  • DÜNYA

Fevralın 26-da İranın müxtəlif bölgələrində dövlət idarələri və məktəblərdə tətil elan edilib.
Aktual.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkə əyalətlərinin yarısında məktəblər qaz çatışmazlığı və isitmə sistemində yaranan çətinliklər səbəbindən bağlanıb.
Qeyd edək ki, İranın bir sıra elektrik stansiyaları qış aylarında qaz istehlakına qənaət etmək üçün mazutdan istifadəyə başlayıb. Bu, böyük şəhərlərdə havanın ciddi şəkildə çirklənməsinə, ekoloji problemlərin artmasına səbəb olub.
Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR