Binəqədi rayonunda qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21, mənzil 5-də baş verib.
Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 2633 dəfə oxunub.