Qarabağın hərbi yolla həlli mümkün deyil – İsveç XİN rəhbəri

Qarabağın hərbi yolla həlli mümkün deyil   – İsveç XİN rəhbəri

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil.

Aktual.az-ın AzVision.az-a istinadən xəbərinə görə, bunu İsveç Krallığının xarici işlər naziri Marqot Vallström İrəvanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Vallström vurğulayıb ki, vəziyyətin gərginləşməsinə imkan verməmək üçün bütün imkanlar səfərbər edilməlidir. Nazirin sözlərinə görə, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll yolunun tapılması istiqamətində işlər davam etdirilməlidir.

Qeyd edək ki, İsveçin xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində bu gün Bakıya gələcək.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR