"Qarabağ" - "Neftçi" matçının saatı və stadionu açıqlanıb

  • İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib.


"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tur iki günü əhatə edəcək. Açılış matçında "Zirə" "Sabah"ı qəbul edəcək. 

Cari tura mərkəzi qarşılaşma hesab olunan "Qarabağ” – "Neftçi” görüşü ilə yekun vurulacaq. 

2 fevral (şənbə)

16:30. "Zirə” – "Sabah”

Zirə İdman Kompleksinin stadionu

19:00. "Keşlə” – "Səbail”

"ASK Arena”

3 fevral (bazar)

14:00. "Qəbələ” – "Sumqayıt”

Qəbələ şəhər stadionu, 

18:30. "Qarabağ” – "Neftçi”

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR