Qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb

Qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb

Azərbaycanda qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, bu barədə Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların nazirliyin kollegiyasında müzakirəsi və qurumun 9 ayda fəaliyyətinin yekunlarının təhlili zamanı bildirilib.

Qeyd olunub ki, bu ilin 9 ayında bələdiyyələrə inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktına baxılıb, bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Aktual.az

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR