“Qalatasaray” bu gün “Lokomotiv”lə qarşılaşır – ÇL

“Qalatasaray” bu gün “Lokomotiv”lə qarşılaşır – ÇL
  • İDMAN

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.


"Report” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 8 qrupda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Türkiyənin yeganə təmsilçisi "Qalatasaray” 15-ci mövsümünü keçirəcək. "Sarı-qırmızılar”ın ilk turda rəqibi Rusiya çempionu "Lokomotiv” (Moskva) olacaq. İstanbuldakı "Türk Telekom” stadionunda təşkil olunacaq görüşü Canluka Rokkinin rəhbərliyi ilə italiyalı hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqasının finalçısı İngiltərənin "Liverpul” komandası Fransa PSJ-sini qəbul edəcək. Avropa Liqasının son qalibi İspaniya "Atletiko”su isə "Monako”nun qonağı olacaq.

Çempionlar Liqası, I tur

18 sentyabr

A qrupu

23:00. "Monako” (Fransa) – "Atletiko” (Madrid, İspaniya)

23:00. "Brügge” (Belçika) – "Borussiya” (Dortmund, Almaniya)

B qrupu

20:55. "İnter” (İtaliya) – "Tottenhem” (İngiltərə)

20:55. "Barselona” (İspaniya) – PSV (Eyndhoven, Hollandiya)

C qrupu

23:00. "Srvena Zvezda” (Serbiya) – "Napoli” (İtaliya)

23:00. "Liverpul” (İngiltərə) – PSJ (Fransa)

D qrupu

23:00. "Şalke” (Almaniya) – "Portu” (Portuqaliya)

23:00. "Qalatasaray” (Türkiyə) – "Lokomotiv” (Moskva, Rusiya)

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano” stadionunda təşkil olunacaq.

Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR