Bu gündən Gəncə Regional Qadın Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə “Gücümüz birliyimizdir! – Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasına başlayan təlimlərə start verib.
Layihənin əsas məqsədi aidiyyəti qürumlar arasında əməkdaşlığı inkişaf etdirmək, hədəf ərazilərdə məişət zorakılığının qarşısının alınmasında birgə iştirakçılığı gücləndirmək və ictimai vəkillik kampaniyasının təşkilidir. İlk təlimlər Ağstafa və Tovuzda keçirilib. Təlimlərdə rayon icra hakimiyyətlərində təşkil edilmiş komissiyaların üzvləri və məsul şəxslər, Bələdiyyə sədrləri və üzvləri, kənd icra nümayəndəliklərinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, müəllimlər iştirak edib.
Təlimlərdə əsasən “Məişət zorakılığı haqqında Azərbaycan Respublikasının Qanunu” təşviq edilmiş, məişət zorakılığı hallarının qarşısının alınması yolları müzakirə edilib. Ciddi müzakirələrə səbəb olan məişət zorakılığı qurbanlarının reabilitasiyası üçün sığınacaqların yaradılması məsələsi ilə bağlı iştirakçıların fikirləri birmənalı olmayıb.
Onlar Azərbaycanda vaxtilə mövcud olmuş və milli dəyərlərə söykənən ailə institutunun bərpası üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacib olduğunu qeyd ediblər. Təlimlər hələ də davam edir.