Qaçqınkomun 1 milyon manatlıq kommunal borcu var?

Qaçqınkomun 1 milyon manatlıq kommunal borcu var?

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, məcburi köçkünlər kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər:
"Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə dövlət büdcəsindən vahid aylıq müavinət verilir. Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri həyata keçirilir".
Qeyd edək ki, bəzi mətbuat orqanlarında Qaçqınkomun digər quruma bir milyon manatdan artıq borcu olması haqqında məlumat yayılıb.
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR