Finlandiya Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşünü təşkil etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Yuxa Sipilya deyib.
O, Arktik Şurasının sammitində ABŞ və Rusiya liderlərinin görüşünü təşkil etməyə hazır olduqlarını açıqlayıb.
Lakin Y.Sipilya Putin və Trampın görüşü haqqında konkret informasiyanın olmadığını da bildirib.
Qeyd edək ki, Arktik Şurasında Şimali Avropa ölkələri, ABŞ, Rusiya və Kanada təmsil olunur. Finlandiya 2017-2019-cu illər ərzində şuraya rəhbərlik edəcək.
Aktual.az
Xəbər 351 dəfə oxunub.