Putindən dünyanı təəccübləndirən qərar

Putindən dünyanı təəccübləndirən qərar
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təşkilatından çıxması ilə bağlı fərman imzalayıb.

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremldən verilən məlumatda bildirilib.

Ölkə başçısı Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxarılmasını nəzərdə tutan fərmanı Ədliyyə Nazirliyinin tövsiyəsi və Xarici İşlər Nazirliyinin razılığı ilə imzalayıb. Putin sözügedən fərmanla bağlı BMT-nin baş  katibinə məlumat verilməsi tapşırığını da verib.

Rusiya XİN-dən verilən açıqlamada BCM-nin müstəqil və səlahiyyətli məhkəmə orqanı olmadığı vurğulanıb.
 
Aktual.az 
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR