Putin və Ərdoğanın müzakirə edəcəyi məsələ AÇIQLANIB

Putin və Ərdoğanın müzakirə edəcəyi məsələ AÇIQLANIB

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Səmərqənddə danışıq aparacaqlar.


Aktual.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, prezidentlər yoxsul dövlətlərə taxıl ixracının həyata keçirilməməsi məsələsini müzakirə edəcəklər.


"Anadoli” Agentliyinin məlumatına görə isə Ərdoğanın Səmərqənddə Putindən Rusiyanın kənd təsərrüfatı məhsullarının "taxıl dəhlizi” vasitəsilə çatdırılmasına başlamağı xahiş edəcəyi gözlənilir.

Türkiyə prezidenti əmin edib ki, bu cür tədarüklər başlasa, "malların, o cümlədən Afrikanın ən yoxsul ölkələrinə paylanması üçün optimal sistem yaradılacaq”.


Məlumata görə, Ərdoğan əlavə edib ki, mövcud enerji vəziyyəti fonunda qarşıdan gələn qış Avropa üçün asan olmayacaq və o, yüksək maliyyə xərclərinə getməli olacaq. Eyni zamanda, Ərdoğan qeyd edib ki, Türkiyənin qazla bağlı problemi olmamalıdır, o, Rusiya Federasiyasından endirimə ümid edir.

Bundan əvvəl Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Federasiyasının prezidenti bildirib ki, Ukraynadan taxılın demək olar ki, hamısı yoxsul ölkələrə yox, Avropa İttifaqına gedib. O, Türkiyə prezidenti ilə mexanizmi işlənmiş taxıl ixracı istiqamətinin məhdudlaşdırılmasını təklif edərək, bu məsələdə mütləq Ərdoğanla məsləhətləşəcəyini bildirib.


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək.


Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR