Putin: "Trampla istənilən vaxt görüşməyə hazıram"

Putin:
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin istənilən vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyə hazır olduğunu deyib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, V. Putin hesab edir ki, əvvəlcə Donald Trampın öz administrasiyasını formalaşdırmasını və səlahiyyətlərinin icrasına başlamasını gözləmək lazımdır: "Bizim tərəfdən heç bir problem yoxdur. Amma fikrimcə, hazırda yeni administrasiyanın formalaşdırılmasının çətin mərhələsi gedir. Gərək səbirli olaq və administrasiyanın tam formalaşmasını gözləyək".

V. Putin D. Trampın Rusiya-ABŞ münasibətlərinin normallaşdırılmasına tərəfdar çıxmasını alqışlayıb və Rusiyanın da bu mövqedə olduğunu söyləyib.
 
Aktual.az
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR