Rusiya prezidenti Vladimir Putin hamı üçün nümunədir. O, səhhətinə nəzarət edir və mütəmadi olaraq tibbi müayinələrdən keçir.
Aktual.az Elchi.az-a istinadən bildirir ki, Putinin sözlərinə görə, o, bunu bir məqsəd üçün edir. Dövlət başçısı sonradan müalicə olunmamaq üçün həkimlərin tövsiyələrinə əməl edir.
"Mən mütəmadi olaraq tibbi müayinələrdən keçirəm. Sonradan müalicə olunmamaq üçün həkimlərə zamanında getməliyəm. Bunu hamı etməlidir”, – deyə Rusiya lideri bildirib.
Putinin Kremldə keçirilən mükafatlandırma mərasiminin iştirakçıları ilə qeyri-rəsmi ünsiyyəti zamanı sağlamlıq və tibbi müayinələri müzakirə edib.
Xəbər 1270 dəfə oxunub.