Putin LGBT təbliğatına görə sərt cəzaları TƏSDİQLƏDİ

Putin LGBT təbliğatına görə sərt cəzaları TƏSDİQLƏDİ
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin federasiya ərazisində LGBT təbliğatını, cinsiyyətin dəyişdirilməsini və uşaqlara qarşı zorakılığı qadağan edən qanunu imzalayıb.
Aktual.az xəbər verir ki, prezidentin qanunu imzalaması ilə bağlı məlumat Dövlət Dumasının məlumat bazasında yer alıb.
 
Bundan sonra istənilən yaşda olan şəxslər arasında "qeyri-ənənəvi cinsi əlaqə, uşaq istismarı və cinsiyyətin dəyişdirilməsi”nin təşviqi ilə bağlı qadağanın pozulması 5 milyon rubla qədər cərimə ilə nəticələnəcək.

Bundan başqa, azyaşlılar arasında belə təbliğata görə cəzalar sərtləşdirilib. Qeyd edək ki, Rusiyada əvvəllər qanun yalnız yaşı 18-dən az olanlar arasında LGBT təbliğatını qadağan edirdi.(sfera.az)

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR