Putin 4 generalı vəzifəsindən azad etdi

Putin 4 generalı vəzifəsindən azad etdi
  • DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin 4 generalını vəzifəsindən azad edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, vəzifəsindən azad edilənlər daxili işlər nazirinin köməkçisi, polis general-mayoru Andrey Viktoroviç, Başqırdıstanın daxili işlər naziri, polis general-leytenantı Mixail Zakomaldin və RF DİN-in baş müfəttişi, polis general-leytenantı Yevgeniya Martınovadır.

DİN generalı, Daxili Qoşunların baş komandanının birinci müavini Aleksandr Butin isə hərbi xidmətdən kənarlaşdırılıb.

V.Putinin fərmanına əsasən, Leninqrad vilayətinin prokuroru Stanislav İvanov da vəzifəsindən azad edilib.
 
Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR