"Publik hüquqi şəxslər haqqında" qanuna dəyişiklik edildi


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Publik hüquqi şəxslər haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.


Aktual.az Report-a istinadən xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, qanunun 7.6 (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) maddəsi ləğv olunur.

Eyni zamanda, qanunun 5.3.(Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər) maddəsi də ləğv edilir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR