Proqnoz: Qızıl bu il bahalaşacaq

Proqnoz:  Qızıl bu il bahalaşacaq

"Bloomberg" agentliyi 2016-cı ildə qızılın əsas maliyyə aləti olacağını düşünür.


Aktual.az "Report"a istinadən xəbər verir ki, investorlar qlobal valyuta və səhm bazarlarında qeyri-sabit vəziyyətin yaranması fonunda məhz bu aktivə sərmayə yatırırlar.
"Bloomberg" qeyd edib ki, 2016-cı ilin əvvəlindən "SPDR Gold Shares" qiymətli metallar fondu 4,5 mlrd. dollar həcmində vəsait cəlb edib ki, bu da ABŞ birjalarında olan fondlar arasında ən yüksək göstəricidir. Agentlik, həmçinin bildirib ki, 2015-ci ilin dekabrında qızıl minimal səviyyəyə - 1 046 dollar/unsiyaya düşdükdən sonra 17,8% yüksəlib və hazırda 1 233 dollar/unsiyaya satılır. Bu da investorlarda qiymətli metala olan proqnozların müsbət istiqamətdə dəyişməsinə səbəb olub.
"USAA Precious Metals & Minerals" şirkətinin rəsmiləri hesab edirlər ki, qızıl 2016-cı ilin ən maraqlı mövzusudur. Keçən il bu maliyyə aktivinə köhnə adət-ənənə sahiblərinin lazımsız fikri kimi baxanlar, hazırda qızıla ən çox investisiya qoyanlara çevrilib. Qeyd edək ki, qızıla tələbat ABŞ iqtisadiyyatının zəifləyə biləcəyi ehtimalları ilə daha da artıb.
"Oversea -Chinese Banking Corp." düşünürlər ki, qızıl ilin sonuna qədər 1 400 dollar/unsiyaya qədər bahalaşacaq. Lakin ABŞ-da uçot dərəcəsi artdığı təqdirdə qızılın 1 000-1 150 dollar/unsiya kimi geriləyə bilər. "Societe General" və Goldman Sachs Group"un analitikləri isə qızılın dividend gətirməməsi səbəbindən qızıla tələbatın azalacağını qeyd edirlər.
Qızılın qiymətinin bu gün 13 dollar/unsiya və ya 1,05 % artaraq 1 233 dollar/unsiyaya yüksəlməsinə səbəb isə Şanxayda fevralın 26-27-də keçirilən G-20 ölkələrinin sammitində qlobal iqtisadiyyatı canlandırmaq üçün əlaqələndirilmiş heç bir nəticənin əldə edilməməsi olub. Bu da investorları daha güvənli aktivlərə yönəldib.
"Report"un analitik qrupu hesab edir ki, qızılın unsiyası 1 400 dollara qədər bahalaşdıqdan sonra yenidən enməyə başlayacaq və 1-3 il ərzində 900 dollar/unsiyaya qədər ucuzlaşacaq.

"Bloomberg" agentliyi 2016-cı ildə qızılın əsas maliyyə aləti olacağını düşünür. Aktual.az "Report"a  istinadən xəbər verir ki, investorlar qlobal valyuta və səhm bazarlarında qeyri-sabit vəziyyətin yaranması fonunda məhz bu aktivə sərmayə yatırırlar. "Bloomberg" qeyd edib ki, 2016-cı ilin əvvəlindən "SPDR Gold Shares" qiymətli metallar fondu 4,5 mlrd. dollar həcmində vəsait cəlb edib ki, bu da ABŞ birjalarında olan fondlar arasında ən yüksək göstəricidir. Agentlik, həmçinin bildirib ki, 2015-ci ilin dekabrında qızıl minimal səviyyəyə - 1 046 dollar/unsiyaya düşdükdən sonra 17,8% yüksəlib və hazırda 1 233 dollar/unsiyaya satılır. Bu da investorlarda qiymətli metala olan proqnozların müsbət istiqamətdə dəyişməsinə səbəb olub."USAA Precious Metals & Minerals" şirkətinin rəsmiləri hesab edirlər ki, qızıl 2016-cı ilin ən maraqlı mövzusudur. Keçən il bu maliyyə aktivinə köhnə adət-ənənə sahiblərinin lazımsız fikri kimi baxanlar, hazırda qızıla ən çox investisiya qoyanlara çevrilib. Qeyd edək ki, qızıla tələbat ABŞ iqtisadiyyatının zəifləyə biləcəyi ehtimalları ilə daha da artıb. "Oversea -Chinese Banking Corp." düşünürlər ki, qızıl ilin sonuna qədər 1 400 dollar/unsiyaya qədər bahalaşacaq. Lakin ABŞ-da uçot dərəcəsi artdığı təqdirdə qızılın 1 000-1 150 dollar/unsiya kimi geriləyə bilər. "Societe General" və Goldman Sachs Group"un analitikləri isə qızılın dividend gətirməməsi səbəbindən qızıla tələbatın azalacağını qeyd edirlər.Qızılın qiymətinin bu gün 13 dollar/unsiya və ya 1,05 % artaraq 1 233 dollar/unsiyaya yüksəlməsinə səbəb isə Şanxayda fevralın 26-27-də keçirilən G-20 ölkələrinin sammitində qlobal iqtisadiyyatı canlandırmaq üçün əlaqələndirilmiş heç bir nəticənin əldə edilməməsi olub. Bu da investorları daha güvənli aktivlərə yönəldib."Report"un analitik qrupu hesab edir ki, qızılın unsiyası 1 400 dollara qədər bahalaşdıqdan sonra yenidən enməyə başlayacaq və 1-3 il ərzində 900 dollar/unsiyaya qədər ucuzlaşacaq.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR