“Prezidentlərin görüşündən heç bir nəticə gözləməyə dəyməz“ - Ekspert

“Prezidentlərin görüşündən heç bir nəticə gözləməyə dəyməz“  - Ekspert

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ciddi fəsadları ola bilər.

Aktual.az xəbər verir ki, bunu Trend-ə avstraliyalı yazıçı və beynəlxalq siyasi ekspert Castin Amler deyib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf rayonların işğal edilmiş ərazi hesab edildiyini başa düşməyənədək bu məsələdə irəliləyiş olmayacaq: "Təəssüf ki, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşündən heç bir nəticə gözləməyə dəyməz. Hər iki tərəf öz mövqeyində çox möhkəm dayanıb, tərəflər arasında gərginlik çox yüksəkdir. Ermənistan son bir neçə gün ərzində atəşkəs rejimini 100 dəfədən çox pozub".

C.Amler qeyd edib ki, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycan ərazisidir: "Təkcə bu fakt Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi üçün kifayət edir. ATƏT-in Minsk qrupu isə bu məsələdə vasitəçilk etməlidir. Prosesi irəli aparmağın ən yaxşı yolu danışıqlardır". 

Aktual.az

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR