Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər

Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər

"Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manat olacaq”.
Aktual.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib ki, minimum aylıq əməkhaqqının artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb:
"Minimum aylıq əməkhaqqı 345 manata çatıb. Bu bizi qane edir? Əlbəttə ki, yox. Bizim əsas xərclər istiqamətimiz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki amil bizim üçün uzun illər prioritet kimi qalacaqdır. Eyni zamanda pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16-17% artırıldı. Bu proses davam etdiriləcək. Son illərin təcrübəsi göstərir ki, bu bir dəfə atılan addım deyil. İqtisadi imkanlarımız artıqca gələcəkdə də buna oxşar addımlar atılacaq". 


Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR