Azərbaycanda qocaman dövlət qulluqçusu dünyasını dəyişib.
Aktual.az Report-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının (PA) dövlət nəzarəti şöbəsinin keçmiş müdiri Salman Cəfərov vəfat edib.
Qeyd edək ki, S.Cəfərov şöbə müdiri olan vaxtlarda indiki PA-nın adı Prezidentin İcra Aparatı idi.
Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə S.Cəfərovu "Şöhrət" ordeni ilə təltif edib.