Poroşenko təcili olaraq Təhlükəsizlik Şurasını toplayır

Poroşenko təcili olaraq Təhlükəsizlik Şurasını toplayır
  • DÜNYA

Ukrayna prezidenti Petr Poroşenko Donetsk vilayətində Avdeyevkada vəziyyətin kəskinləşməsi ilə əlaqədar hərbi kabinetin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.  

Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "İnterfaks-Ukrayna” məlumat yayıb.

"Çərşənbə axşamı günün ikinci yarısında dövlət başçısının iştirakı ilə hərbi kabinetin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası gözlənilir”, - agentliyin həmsöhbəti bildirib. 
Avdeyevka rayonunda vəziyyət yanvarın 29-da kəskinləşib, yaraqlılar rayonun atəşə tutulmasını gücləndiriblər. 

Yanvarın 30-da Donetsk vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Pavel Jebrivski bəyan edib ki, Avdeyevka rayonunda hərbi əməliyyatların intensivliyi nəticəsində yalnız bir elektrik təchizatı xətti qalıb.

Donetsk vilayətinin polis idarəsinin rəhbəri Vyaçeslav Abroskin bildirib ki, yaraqlılar tərəfindən "DXR” atəşə tutulmasına görə, şəhərdə elektrik təchizatı və su yoxdur. Ukrayna prezidenti Petr Poroşenko Almaniyaya səfərini Avdeyevka rayonunda vəziyyətin kəskinləşməsi ilə əlaqədar yarımçıq qoyub. Şəhərdə fövqəladə vəziyyət elan edilib.  

Yanvarın 31-də Jerbivski yaraqlıların Avdeyevkaya hücuma keçdiklərini bildirib. 
 
Aktual.az
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR