Politoloq: “Orta dəhliz Azərbaycan və Qazaxıstanın çoxtərəfli əməkdaşlığının əsasını təşkil edir”

Politoloq: “Orta dəhliz Azərbaycan və Qazaxıstanın çoxtərəfli əməkdaşlığının əsasını təşkil edir”

Azərbaycan və Qazaxıstan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) həyata keçirilməsi təkcə nəqliyyat-logistika əlaqələrinin deyil, həm də iqtisadi-ticarət münasibətlərinin və ümumilikdə qarşılıqlı investisiyaların inkişafına töhfə verir.
Bunu Aktual.az -a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O qeyd edib ki, Orta Dəhliz ölkələr arasında əməkdaşlıqda əsas, ticarətin və ikitərəfli iqtisadi-ticarət əlaqələrin inkişafına töhfə verən mühüm nəqliyyat arteriyası kimi çıxış edir. Nəticədə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin səviyyəsi və keyfiyyəti yüksəlir.
Ekspertin sözlərinə görə, Transxəzər marşrutunun inkişafı hər iki dövlət üçün prioritet məsələdir və regional müzakirələrin diqqət mərkəzindədir.
"Orta Dəhliz mühüm sistemli layihədir və bu layihədə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əlaqələr, ilk növbədə, Bakı yaxınlığındakı Ələt limanı ilə Xəzər dənizinin şərq sahilindəki Kurık və Aktau limanları arasındakı əlaqələr mühüm rol oynayır. Yüklərin sistemli rəsmiləşdirilməsi, xüsusən də konteyner daşımaları hesabına tranzit həcminin artırılması çox mühüm əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq böyük dinamika ilə xarakterizə olunur. Hər iki dövlətin "Avtomobil sənayesinin türk konqlomeratı" layihəsinin iştirakçısı olması da vacib əhəmiyyət kəsb edir.
"Bildiyiniz kimi, Azərbaycan və Qazaxıstanla yanaşı, Özbəkistan da bu konqlomeratda iştirak edir. Bu böyük layihəni Özbəkistan tərəfi təklif edib. "Avtomobil sənayesinin türk konqlomeratı" çox perspektivli layihədir, çünki bütün iştirakçı ölkələr ümumi avtomobil sənayesinin inkişafı üçün müvafiq imkanlara malikdir", – o deyib.
Politoloq əlavə edib ki, konqlomerat iştirakçılarının bazarı genişdir və bu, istehsal olunan məhsullara optimal qiymətə kifayət qədər yüksək tələbi proqnozlaşdırmağa imkan verir.
"Məhsullar konqlomeratın üzvü olan ölkələrdə istehsal olunacağı üçün yerli bazarda rəqabətədavamlı olacaq, gələcəkdə isə bu üç ölkədən kənarda da tələb formalaşacaq", - İ.Vəlizadə belə hesab edir.

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR