Poliklinikada yanğın təhlükəsi - Xəstələr təxliyyə olundu

Poliklinikada yanğın təhlükəsi - Xəstələr təxliyyə olundu

Poliklinika binasında yanğın təhlükəsi yaranıb.

Aktual.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb. 

Yanğın zamanı poliklinikanın 1-ci mərtbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə ) tüstülənən ərazidən təxliyə olunub. Poliklinika binası yanğından mühafizə olunub. 

Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 

Aktual.az 

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR