Nigar İSMAYILQIZI
...Uzun bir yol bizi gözləyirdi. Dostlarla birlikdə Boğazı keçirdik. Birdən pəncərədən boynu bükük bir şəhərin səssiz cizgilərini gördüm. Konstantinopolun süqutu mono tamaşanın əsas mövzusu idi. 1453-cü il may ayının 29. Qədim şəhər varlıqda yox olacaqdı. Və oldu da! Sultan II Məhmətin başçılığı ilə Osmanlı ordusunun aylarla mühasirədə saxladıqı Konstantinopol şəhəri fəth edildi. Konstantinopol ilə tarixin ən qüdrətli imperiyalarından biri olan Bizans İmperiyası dağıdıldı.
***
Konstantinopol adı ilə doğulan memarlıq şəhəri bir günün içində əbədiyyət yuxusuna getdi. Dünyada bircə “Ayasofya” muzeyi kifayət edir ki, bu şəhəri tanısınlar. Demə, o illərdə qədim muzeyin bəzi qəhvə rəngli, tarix qoxulu abidələrini söküb Romaya aparıblar. Hələ ən çox fotosu çəkilən “Qız Qülləsini” demirəm.
Belə!
Birdən İstanbul adlı şəhər günəş kimi parladı. Əslində bəndənizdə pəncərədən İstanbula baxırdı. İstər-istəməz Konstantinopolun arxa fondan böyük, incə Memar Sinan Minarələrinin ucaldığı şəhərə yavaş-yavaş lay-lay dediyini gördüm. Yedditəpə üzərində mövcud olan şəhər hər an sual dolu baxışları ilə insan qarşısında var olurdu!
...
Boğazı keçdik. Biz gənc rəssam dostumuz Rəsul Rzayevlə “Ümraniyə, Ataşehir” istiqamətində görüşdük. Bir görüşün tarixçəsini, incə cizgilərini sizə təqdim edəcəyik.
...
Nədənsə ağlımda qadın ruhunu duyub, yumşaqfırçalarla oynaya-oynaya işləyən yəhudi kökənli İtalyan heykəltaraşı və rəssamı Amadeo Modilyanı peyda oldu. Qadın gözlərinin harmoniyasını kəşf edən sənətkar içirdi, narkotik qəbul edirdi, Paris küçələrində qadın üstündə dalaşırdı. Onu tez-tez küçələrdə sərxoş halda görürdülər. Amma o bir sənətkar idi. Bu ad illər keçsə də, şəxsiyyətlər siyahısında mövcuddur. Belə bir incə ürəy yalnız sənət üçün döyünə bilərdi. Döyündü, yaratdı və getdi... Deyilənə görə, Pikassonun ölüm döşəyindəki son sözü onun adı olub. MODİLYANI...
İstanbul, Ümraniyə-Ataşehir (2015)