Türkiyədə yaşayan aktrisa Tunay Əliyevanın "Pərvin deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir” fikirlərinə cavab verib.
Publika.az xəbər verir ki, Pərvin Abıyeva Tunay adlı həmkarını tanımadığını bildirib:
"Mən ümumiyyətlə, o ad və soyadda aktrisa tanımıram. Çox gülməli mənzərədir, tanınmışların gözlərinə özlərini qatıb tanınmayanlar da hesabıma reklam olunurlar. Yaxşı da reklam olundu. Dünənə kimi Tulaydır, Tunaydır, nədir, heç kim tanımırdısa, bu gün Pərvinə söz atdı deyə hamı tanıyacaq. Deyəsən, bu da özünü reklam edə, "Maşın şou”da iştirak edə bilməyənlərdəndir. Mən onu Instagram-da da axtardım tapa bilmədim, Allah özü kömək olsun.Yəqin, o min manatlıq işi bir yerdə görürmüşük, yanımda olub (gülür). Xalqın da kimi tanıyıb, kimi tanımadığı göz qarşısındadır. Əlavə sözlərə məncə ehtiyac yoxdur”.
Aktual.az
Xəbər 16785 dəfə oxunub.