Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 12 milyard 010,3 milyon manat olub.
Bu barədə
Aktual.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 6 milyard 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 % azalaraq 5 milyard 443,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq, o cümlədən 12 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,1 % artıb.
Xəbər 335 dəfə oxunub.