Avropa Birliyinin imici müşahidə missiyasını Ermənistana göndərməsindən sonra yaxşılaşıb.
Aktual.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Münasibətlər yaxşılaşıb, amma bu, Ukraynadakı hadisələrlə bağlı deyil. AB-nin imici onun Ermənistana müşahidə missiyası göndərməsindən sonra yaxşılaşıb. Bu, insanlara AB-nin Ermənistanın təhlükəsizliyinə önəm verdiyini anlamağa zəmin yaradıb”, – o bildirib.
Bununla belə, Paşinyan Avropa Birliyinin 2021-ci il üçün vəd verdiyi 2,6 milyard avroluq yardımın Ermənistana verilməsi prosesinin sürətləndirilməsini istəyib.
Xəbər 1418 dəfə oxunub.