Paşinyandan açıqlama: "Dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır”

Paşinyandan açıqlama:

"Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır".

Aktual.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib. 

O deyib ki, Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru Rusiya Dəmir Yolları (RDY) olacaq. 

Qeyd edək ki, daha əvvəl N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüş zamanı Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsi barədə razılığın əldə olunduğunu bildirmişdi. Söhbət Erasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolundan gedir.
Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR