Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər - FOTO

Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər - FOTO

 Paris şəhərində ermənilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər.


"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı "San-Eustache" kilsəsində keçirməyi planlaşdırdığı tədbirin başlanmasına 10 dəqiqə qalmış, bir qrup erməni kilsəyə basqın edib.

Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər. Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin tədbirə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti kilsəyə basqın edən ermənilərə öz etirazlarını bildirərək, təxribatçılardan kilsəni tərk etmələrini tələb ediblər.

Əraziyə çağrılan Fransa polisi 20 nəfərdən ibarət erməni təxribatçılarını kilsədən çıxarıblar.

Ardınca tədbirə start verilib və yüksək təhlükəsizlik şəraitində davam etdirilib. 

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR