Pakistan Azərbaycan ilə danışıqlara hazırlaşır

Pakistan Azərbaycan ilə danışıqlara hazırlaşır

Ölkə üç müqavilə imzalamağı planlaşdırır.

Pakistan hakimiyyəti Rusiya, Oman və Malayziya nümayəndələri ilə sıxılmış maye qazın idxalı üzrə danışıqlar aparır. Ölkə ümumilikdə ildə 4,5 milyon ton maye qaz üçün üç müqavilə imzalamaq niyyətindədir.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində Pakistanın neft və təbii resurslar naziri Şahid Hakan Abbasi bildirib.

“Pakistan Rusiya, Oman, Malayziya ilə idxal üzrə danışıqlar aparır. Azərbaycan, Abu-Dabi, İndoneziya və Əlcəzair ilə də danışacayıq”, - o deyib.

Abbasi, həmçinin Pakistanın hər bir ölkə ilə 1,5 milyon ton maye qazın idxalına dair üç müqavilənin imzalamasının planlaşdırıldığını da əlavə edib.

Pakistan hakimiyyəti oktyabrda müqavilələr imzalamaq niyyətindədir, müqavilələrin hazırlanması prosesi apreldə başlanacaq. Müqavilələrin müddəti 5 və 15 ildən ibarətdir.

Nazirin sözlərinə görə, Pakistanda ikinci maye qaz terminalı 2017-ci ilin martında başa çatacaq. Ölkənin qaz hasilatı gündə 4 milyard kubfut olacaq, çatışmazlıq isə gündə 2,5 milyard kubfutdur.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR