"Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş qərargah rəisi isə general​ Bəxtiyar Ərsoy olsun"


"Laçın və Kəlbəcərdə hər bir kənd və qəsəbənin bərpasına tezliklə başlamalı, onlar genişləndirilməli, bu iki rayonda çoxlu istehsal və emal müəssiələri yaradılmalı, qısa zaman kəsiyində iki yüz min insanın həmin ərazilərə köçürülməsi təmin edilməlidir. İnsanlara imkan yaratmaq lazımdır ki, kimlərin maddi vəsaiti varsa evlərini bərpa etsinlər".
 
"İlk növbədə Ermənistandan Qarabağa qaz və elektrik enerjisinin verilməsini dayandırılmalı, Qarabağdakı erməni yaşayış mətəqələrinin qaz və elektrik xətləri Azərbaycanın müvafiq​ şəbəkələrinə birləşdirilməlidir. Qarabağın erməni sakinlərindən tələb olunmalıdır ki, digər Azərbaycan vətəndaşları kimi istifadə etdikləri enejinin pulunu manatla ödəsinlər. Bunu etməsələr, qaz və enerji verilişi dayandırılmalıdır".
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb.
 
Aktual.az həmin müsabiqəni təqdim edir:
 
- Qüdrət bəy, Qarabağ üzərində dövlət suverenliyimizin bərpası​ üçün sizcə nə etməliyik? Yaxın gələcəkdə bunu mümkün sayırsınızmı?
 
​- Yaxın gələcəkdə Qarabağda Azərbaycanın dövlət suverenliyini​ bərpa etməyi mümkün sayıram. Amma Putin 10 noyabr 2020-ci il sazişindən sonra tez-tez deyir ki, biz razılaşmışıq ki, Qarabağın statusu məsələsini gələcək rəhbərlər həll etsin. Hadisələrin gedişi göstərir ki, Rusiya həmin "məchul gün"ə qədər​ Qarabağı öz nəzarətində saxlamağı düşünür. 10 noyabr sazişi​ də elə formada tərtib olunub ki, tərəflər heç cür razılığa gələ bilməsin. Vəziyyəti ağırlaşdıran ikinci məqam ondan ibarətdir ki, Qərb də sözdə yox, reallıqda münaqişənin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi çərçivəsində həll olunmasında maraqlı deyil, Ermənistanın işğalçılıq siyasətini bəzən dolayısı, bəzən isə açıq formada dəstəkləyir. Biz Qarabağda dövlət suverenliyini güc tətbiq etməklə bərpa etmək istəsək və bu zaman Rusiya -Ermənistan-İran​ üçlüyü ilə üz-üzə gəlsək, əminliklə deyirəm ki, Qərb bu üçlüyə tam dəstək verəcək, ən azından Fransanın timsalında. Fransanın Praqa görüşündən sonra mövqeyini dəiyşməsində də kənar güclərin böyük rol oynadığını düşünürəm. Azərbaycanın son 34​ illik tarixi,"907-ci düzəliş" də bunu təsdiq edir.

Vəziyyətin ciddiliyinə baxmayaraq müəyyən addımlar atmalıyıq. İlk növbədə Ermənistandan Qarabağa qaz və elektrik enerjisinin verilməsini dayandırılmalı, Qarabağdakı erməni yaşayış mətəqələrinin qaz və elektrik xətləri Azərbaycanın müvafiq​ şəbəkələrinə birləşdirilməlidir. Qarabağın erməni sakinlərindən tələb olunmalıdır ki, digər Azərbaycan vətəndaşları kimi istifadə etdikləri enejinin pulunu manatla ödəsinlər. Bunu etməsələr, qaz və enerji verilişi dayandırılmalıdır. Bu zaman ermənipərəst dünya gücləri üstümüzə əvvəlki kimi gələ bilməyəcək. Rusiyanı da​ müxtəlif yollarla əmin etmək lazımdır ki, Qarabağı öz nəzarətində saxlaması üçün erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane​ olmasın. Əks halda​ Azərbaycanı itirə bilər. Biz Rusiyanın​ təhlükəsizlik və iqtisadi sahədə bölgədəki maraqlarını ikitərəfli və çoxtərəfli əməkdaşlıq formasında təmin edə bilərik. İlkin addım kimi biz Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı müraciət edə bilərik. Bu həm də bizim iqtisadiyyatın liberallaşmasına və inkişafına ciddi​ töhfə verərdi. Azərbaycan həm də, nəhayət ki, Dünya Ticarət Təşkilatına üzv olmalıdır.

Dövlət suverenliyimizin bərpasına kömək üçün​ müttəfiqlərimizə və dost ölkələrə müraciət etməkdən çəkinməməliyik. Ermənistana​ təzyiqlər artırılmalı, Azərbaycan Ordusunun ən elitar hissələri Qarabağda yerləşdirilməlidır. Laçın və Kəlbəcərdə hər bir kənd və qəsəbənin bərpasına tezliklə başlamalı, onlar genişləndirilməli, bu iki rayonda çoxlu istehsal və emal müəssiələri yaradılmalı, qısa zaman kəsiyində iki yüz min insanın həmin ərazilərə köçürülməsi təmin edilməlidir. İnsanlara imkan yaratmaq lazımdır ki, kimlərin maddi vəsaiti varsa evlərini bərpa etsinlər. Dövlət xətti ilə bərpa - quruculuq işlərinə daha çox həmin bölgədən olan,kənd həyatı ilə tanış adamlar cəlb olunmalıdır.
 
- Müdafiə nazirinin müavini postuna mülki şəxsin təyin olunmasını necə qarşıladınız?
 
- Çox müsbət qarşıladım. Hər zaman söyləmişəm ki, Silahlı Qüvvələrin üzərində ciddi mülki nəzarət olmalıdır. Demokratik ölkələrdə orduya mülki nəzarəti təmin etməyin  ən yaxşı üsulu müdafiə nazirinin mülki şəxs olmasıdır. Baş qərargah rəisinin hərbçi olması yetərlidir. Bundan başqa Silahlı Qüvvələrə​ güclü​ parlament nəzarəti təmin edilməlidir. Çox təəssüf ki, bizdə "Silahlı Qüvvələr haqqında" Qanuna görə yalnız Ali Baş Komandanın belə bir səlahiyyəti var. Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş qərargah rəisi isə Azərbaycan vətəndaşlığını qəbul etmiş general​ Bəxtiyar Ərsoy olsun. O, özünü yaxşı mənada​ təsdiq etmiş generaldır, xalqımızın ona böyük etimadı var və orduda islahatları həyata keçirmək gücündədir. "Tərtər hadisələri" deyilən, orta əsrlərə xas qanlı cinayətlər​ və 44 günlük savaş ordumuzun rəhbərliyində ciddi struktur və kadr islahatlarının​ həyata​ keçirilməsini, əslində ordunun və məhkəmə sisteminin yenidən qurulmasını​ qaçılmaz etmişdir.Azərbaycanda ən müasir silahlarla təmin olunmuş, yüksək hazırlıqlı və təminatlı​ peşəkar ordu qurulmalıdır.

Xəbər 5127 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR