Oğuz rayonunda iki nəfər intihara cəhd edib

Oğuz rayonunda iki nəfər intihara cəhd edib

Oğuz rayonunda iki intihara cəhd qeydə alınıb

Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 13-ü saat 22:20 radələrində rayonun Xaçmazqışlaq kənd sakini, 1967-ci il təvəllüdlü Mirzəli Mövlud oğlu Alxasov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, intihar məqsədi ilə dezinfeksiyaedici kimyəvi məhlul içib. Mirzəli Alxasova ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib.

Şəki MRX-dan APA-ya bildirilib ki, Mirzəli Alxasov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Bu gün saat 06.00 radələrində isə Oğuz şəhər sakini, 1936-cı il təvəllüdlü Məleykə Məmmədəli qızı Məşədiyeva sol bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, intihar etmək məqsədi ilə kəsici alətlə sol biləyini kəsib. Məleykə Məşədiyevaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktlarla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR