Oğul atasını 20 bıçaq zərbəsilə öldürdü - Bakıda

 Oğul atasını 20 bıçaq zərbəsilə öldürdü - Bakıda

Bakıda qətl hadisəsi baş verib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, hadisə yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə içki üstə mübahisə edib. Mübahisə nəticəsində L.Novruzov atası M.Məmmədovu 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Dekabrın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. Buna görə də L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

Hadisəni törədən L.Novruzov saxlanılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 832 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR