Onları 30 saniyəyə sərhəddən keçirəcəyik - Mayor

Onları 30 saniyəyə sərhəddən keçirəcəyik - Mayor

COP29 tədbiri zamanı hər hansı fövqəladə hal baş verdiyi halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər nəzərdə tutulub.
Aktual.az xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçusu, mayor Nicat Cahidzadə deyib.
"COP29 tədbirinə gələcək qonaqlar COP29 tədbiri Əməliyyat Şirkətinin iştirakçıları tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə sərhəd nəzarət kabinlərinə yönləndiriləcək. Sərhəd nəzarətinin hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş çərçivədə sürətli zamanda sənədlərin yoxlanışı, COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün 30 saniyə müddətində rəsmiləşdirilərək dövlət sərhəddinə buraxılması təmin olunacaq. Bütün iş yerləri işlək vəziyyətdədir. Bütün istiqamətlərdə COP29 tədbrində qonaqların qarşılanması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. COP29 tədbirinin yüksək səviyyədə təşkili üçün bizim əsas öhdəliklərimiz tədbir öncəsi və sonrasında əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, dövlət sərhədində buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil olunması digər müvafiq dövlət qurumları ilə qarşılıqlı müvafiq məlumatların operativ şəkildə əlaqələndirilməsi, münasibətlərin yaradılması, rejim qaydalarının gücləndirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin qanunvericilik çərçivəsində dövlət sərhədində gecikmələrə yol verilmədən keçidinin təmin olunması üçün xüsusi elektrik vasitələrinin işləkliyinə nəzarət edilməsidir".
Nicat Cahidzadə dedyib ki, sıxlığın qarşısını almaq üçün ilk olaraq şəxsi heyətin sayı artırılıb, müasir xüsusi texniki vasitələrdən istifadə edilir:
"Hansı ki, bu sistem vasitəsilə sərnişinlərin daha sürətli rəsmişləşdirilməsi, məlumatların elektron formada bazaya ötürülməsi və dövlət sərhəddinə buraxılması nəzərdə tutulur. Müasir tələblərə cavab verən, xüsusilə qabaqcıl ölkələrin təcrübəsində sınaqdan keçmiş texnikalardan, qurğulardan həm pasport yoxlayan, həm sərnişinlərin məlumatlarının sürətli şəkildə daxil olması, yoxlanması bazaya ötürülməsi proqram təminatı məsələsi həll olunub”.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR