Obama Trampa qarşı etirazları dəstəklədi

Obama Trampa qarşı etirazları dəstəklədi
  • DÜNYA

ABŞ-ın eks-prezidenti, 10 gün əvvəl istefaya gedən Barak Obama Trampın miqrant siyatəsinə qarşı etirazları dəstəkləyib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama fundamental Amerika dəyərlərini yada salaraq, Trampla çox dərin fikir ayrılıqlarının olduğunu bildirdi.

"Amerika cəmiyyətinin etiraz səviyyəsi Obamanı sevindirir. Konstitusiya hüquqlarını reallaşdıraraq sərbəst yığışaraq, etiraz etməsi və məmurlara səslərini, tələblərini çatdırmağa çalışması- bu Obamanın gözləntiləridir, bunun altında Amerika dəyərləri durur. ” - Obamanın Politico nəşrində çap edilən bəyənatında belə deyilir.

Xatırladaq ki, Donald Tramp ölkəni xaricdən gələn terrorçulardan qorumaq üçün imzaladığı fərmana əsasən 90 gün müddətinə İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişini məhdudlaşdırır. 120 gün müddətinə isə Suriyadan gələn qaçqınların qəbulunu dayandırır.
 
Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR