Bu sözləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev son günlər ölkəmizdə din pərdəsi altında baş verən hadisələri şərh edərkən deyib.
Həbs olunanların heç də dini mövqelərinə və ya ibadət etdiklərinə görə təqib olunmadığını deyən A.Verdiyev bu həbslərdə isə başqa izlərin olduğunu dedi:
“Ən azı 96 faizi müsəlman olan bir ölkədə kiminsə namaz qıldığına görə təqib olunduğu demək gülünc səslənərdi. Bu həbslərdə isə başqa izlər var. Hətta burada radikallıq elementləri də yoxdur. Məsələnin kökü həmin şəxslərin bəzi ölkələrin təsiri altında olması və onların təlimatları əsasında hərəkət etmələrində dayanır. Bu təlimatların nədən ibarət olduğunu isə yəqin ki, hüquq mühafizə orqanları bilir və bu haqda ictimaiyyətə açıqlama veriləcək”
Azər Verdiyevin sözlərinə görə, Sabunçu rayonunda baş verən hadisələri bu konteksdə qiymətləndirmək lazımdır:
“Sabunçu polis idarəsinin qarşısında təxribat törədənlərdə radikal elstremist qruplaşmalarla sıx əlaqədə olan və onların direktivləri ilə hərəkət edənlərdir. Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq”.
// Aktual.az