Növbəti köç karvanı Şuşaya çatdı

Növbəti köç karvanı Şuşaya çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Aktual.az xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 15 ailə olmaqla, 57 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.
***
Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib.
Açarların təqdimatı mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Şuşaya 15 ailə – 57 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.
Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR