Ünvanlı sosial yardıma ehtiyacı olanlar yeni metodla qiymətləndiriləcək

Ünvanlı sosial yardıma ehtiyacı olanlar yeni metodla qiymətləndiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirilməsinin yeni metodunu tətbiq edəcək.

Bunu Aktual.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Gələcəkdə ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirmə kriteriyalarından biri onların mobil rabitə xidmətləri üzrə xərcləri olacaq. Bu, vahid elektron müraciət sisteminin təkmilləşdirilməsi və təyinatdan (VEMTAS) sonra mümkün olacaq.

MHM və nazirlik arasında təşkil ediləcək informasiya mübadiləsi quruma Sim-kart sahibinin cari və illik borcu barədə məlumat almağa, bu dövr ərzində onun sahib olduğu digər Sim-kartlar üzrə borc və xərclərini yoxlamağa imkan verəcək.

Bu prosesin avtomatlaşdırılması borcluların kredit qabiliyyətinin qiymətləndirilməsi baxımından banklara da maraqlı olacaq.

Aktual.az

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR