Nuranə, yoxsa Natalya? – İstanbulda ölən qızla bağlı yeni məlumatlar

Nuranə, yoxsa Natalya? – İstanbulda ölən qızla bağlı yeni məlumatlar

İstanbulda yaşanan terror hadisəsi zamanı öldüyü deyilən və Nurlana Həsənova kimi təqdim edilən şəxs Azərbaycan vətəndaşı deyil

Space TV-nin Türkiyə Təmsilçiliyindən BakiPost.az-a verilən məlumata görə, hadisə zamanı azərbaycanlı Günel Həsənova sol qolundan kəsilmiş yaralar, Rəşad Vəliyev isə güllə yarası alıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Məlumatda qeyd olunur ki, hadisə zamanı ölənlər arasında Natalya adlı Rusiya vətəndaşı var: "Çox güman ki, mətbuatda Nurlana kimi təqdim olunan xanım Natalyadır. Ol bilsin ki, cənazə Azərbaycana göndərilməsin. Çünki o xanım Azərbaycan vətəndaşı deyil. Ona görə də Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna cənazənin Bakıya aparılması üçün müraciət olmayıb. Əgər Rusiyanın İstanbuldakı Konsulluğundan icazə ala bilsələr, cənazəni apara bilərlər. Ümumiyyətlə, cənazələr rəsmi icazə verildikdən sonra ölkələrinə göndəriləcək”

Təmsilçilikdən o da bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu hadisə yaşanan vaxtdan etibarən mütəmadi olaraq həmvətənlərimizlə bağlı bütün məlumatları onlara çatdırır.

Xatırladaq ki, İstanbulda elit əyləncə mərkəzi "Reina”da terrorçu tərəfindən azərbaycanlı Nuranə Həsənovanın da güllələndiyi açıqlanmışdı. Hətta onun cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi.
 
Aktual.az
Xəbər 669 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR