“Azəriqaz” məlumat yaydı.
Oktyabrın 13-də saat 10:00-dan 18:00-dək Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən Aktual.az-a bildirilib.
“Təmir müddətində Abşeron rayonunun Mehdiabad və Novxanı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakının Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”-deyə, “Azəriqaz”-dan bildirilib.
Aktual.az