"Deyirlər, Bler "səhvinə" görə üzr istəyib. Amma bu nə birinci "səhvdir", nə də sonuncu. Bundan da böyük "səhvlər" olub".
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.
O qeyd edib: "Son illərdə Qərbdə rəhbərlərin belə səhvlərinin sayı-hesabı yoxdur. Dünyanı indiki vəziyyətə salan elə bu bilə-bilə edilən səhvlərdir".
Xatırladaq ki, Böyük Britaniyanın sabiq baş naziri Toni Bler CNN telekanalına müsahibəsində 2003-cü ildə İraqda əməliyyatların başlamasındakı roluna görə ilk dəfə üzr istəyib.