"Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin qərarı ilə deputatlığa namizədliyim 50 saylı Abşeron üçüncü seçki dairəsindən irəli sürüldü. Artıq MSK tərəfindən təsdiq edilmiş səlahiyyətli nümayəndəmlə bütün sənədləri DSK təqdim etdik. DSK sənədləri qəbul edib bildiriş təqdim etdi”.
Aktual.az xəbər verir ki, bu açıqlamanı mətbuata ƏHD Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə sabahdan qanunun verdiyi imkanlar çərçivəsində işlər aparılacaq:
”İlk olaraq səlahiyyətli nümayəndələrim seçki məcəlləsinin tələbinə uyğun addımlar atacaq. Abşeron rayonu mənə çox doğmadır. Abşeron rayonun Mehdiabad qəsəbəsində anadan olmuşam. Və indiyə qədər bir neçə dəfə Abşerondan deputatlığa namizəd olmuşam. Bir siyasətçi olaraq demək olar ki, Abşeron ictimaiyyəti məni kifayət qədər tanıyır. Təvazökarlıqdan kənar olsa da deyim ki, 5 dəfə, 25 il ərzində Mehdiabaddan bələdiyyə seçilmişəm. 50 saylı dairə Abşeronda yeni yaradılıb. 7-8 kənd və qəsəbəni özündə birləşdirir. Ən əsası odur ki, Mehdiabad qəsəbəsində 15 000-ə yaxın seçici var. Çox geniş və çox əhatəli seçki kampaniyası aparacağıq. Böyük bir partiyanın dəstəklədiyi namizədəm. 23 ildir Qüdrət Həsənquliyev kimi bir şəxsiyyətin, liderin müaviniyəm. Bu da mənə böyük bir üstünlük verir. Həm də 30 ildir keçdiyim bir siyasi YOL var. Bütün gücümüzlə çalışacağıq ki, bu dəfə Abşeronun qalibi mən olum. Parlament siyasətçilərin məkanıdır!”.
Xəbər 780 dəfə oxunub.