Neymarın “Barselona”ya qayıtmaq şansı yoxdur - Xavi

Neymarın “Barselona”ya qayıtmaq şansı yoxdur - Xavi
  • İDMAN

"Barselona"nın sabiq futbolçusu Xavi Neymarın Kataloniya klubuna keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Aktual.az komanda.az-a istinadən xəbər verir ki, İspaniyanın "Cadena Sar" nəşrinə açıqlama verən Xavi, braziliyalı futbolçunun "Barsa"ya qayıtmayacağını deyib:
"Bunu təsəvvür edə bilmirəm. Məncə, Neymarın qayıtması mümkün deyil. Mətbuatı izləyirəm və futbolda nə baş verir, xəbərim var. Hesab edirəm ki, Neymarın "Barselona"ya qayıtmaq şansı yoxdur. O, Kriştiano Ronaldo və Lionel Messi səviyyəsinə çata bilər. Bunun üçün çox çalışmalıdır".
İspaniya və Fransa mətbuatı Neymarın "Barselona"ya transfer olacağını iddia edir.
Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında PSJ-yə transfer edilib. 26 yaşlı futbolçunun Paris təmsilçisiylə 2022-ci ilə qədər müqaviləsi var.
 
Aktual.az
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR